Paytaxtın Xəzər rayonunda yaşayış evində yanğın olub. Bu haqda bu gün, 3 mart tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və mətbəxinin lambirindən ibarət tavanı əriyib. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Daha bir yanğın hadisəsi bu gün Suraxanı rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.