Bakıda 2 nəfər yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda 11 avqust tarixində Report məlumat verib.
Xəzər rayonunda 30 yaşlı Şahid Tağıyevi yolu keçərkən avtomobil vurub.
Yaralı qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Oxşar hadisə Buzovna qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı Günay Əlizadəni avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.