Paytaxtın Xəzər rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
20 yaşlı Afaq Həsənova yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.