Paytaxtın Xəzər rayonunda külafirəngi yanıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 25 kv.m olan tikili 15 kv.m sahədə alışıb. Külafirənginin qalan hissəsinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.