Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 100 kv.m olan 4 otaqlı evin üç otağının dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.