Paytaxtın Xəzər rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cari ilin yanvar ayı ərzində rayonun Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələrində keçirilən silsilə əməliyyatlar nəticəsində 46 nəfər saxlanılıb, külli miqdarda heroin, tiryək, marixuana və metamfetamin aşkar edilib.
Tutulan şəxslər narkotik maddələri İran vətəndaşlarından aldıqlarını və ölkə ərazisində satışını təşkil etdiklərini bildiriblər.
Əməliyyatlar davam edir.
[caption id="attachment_89257" align="alignnone" width="898"]
Foto DİN-nin mətbuat xidməti[/caption]