Bakının Xəzər rayonunda birmərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istidanən xəbər verir.
Alışma ümumi sahəsi 200 kv.m olan 5 otaqlı evin zirzəmisində qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan bir otaqda ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.