Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ərazidə iki avtomobil toqquşub. Hadisə nəticəsində 7 yaşlı S.Aslanov xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.