Paytaxtın Xəzər rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 45 kv.m sahədə, evin özü isə 30 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.