Paytaxtın Xəzər rayonunda nəqliyyat vasitəsi yanıb. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Khazar” markalı minik avtomobilinin mühərrik hissəsində başlayıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.