Paytaxtın Xəzər rayonunda avtomobil təmiri sexi yanıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 50 kv.m olan obyektin dam örtüyü 5 kv.m sahədə alışıb. Yaxınlıqda yerləşən təkər tullantıları 2 kv.m sahədə, eləcə də “ZAZ” markalı minik avtomobili yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.