Paytaxtın Xəzər rayonunda bir nəfər sərnişin kimi oturduğu avtomobildən oğurluq edib. Bu haqda bu gün, 14 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yevlax rayon sakini Nicat Əhmədov sərnişin kimi əyləşdiyi “Renault” markalı avtomobildən içərisində 1500 AZN pul və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.