Bakıda avtomobili qarət edən oğru saxlanılıb. Bu haqda 25 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində bir avtomobildən 1000 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini Q.Səmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Səmədov, həmçinin daha bir avtomobildən 50 manat, 100 ABŞ dolları, 310 manat dəyərində mobil telefon, elektron siqaret və qəlyan avadanlığı oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.