Xəzər rayonunda bir nəfər batma təhlükəsi ilə üzləşib. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Buzovna qəsəbəsində baş verib. Çimərlik ərazisində olan ayzaşlı uşaq qəfil boğulmağa başlayıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq azyaşlını xilas ediblər.