Paytaxtın Xəzər rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-ə bir nəfərin mənzildə bağlı qalması ilə bağlı məlumat daxil olub. Əraziyə cəlb olunan əməkdaşlar qapını açıblar və içəridə bir nəfərin cansız bədənini aşkar ediblər. Onlar cəsədini aidiyyəti üzrə təhvil veriblər.