Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli, 2 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan tikili tamamilə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.