Bakının Xəzər rayonu ərazisində dəmirçi sexində və bitişik kafedə yanğın olub. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə 20 iyun axşam saatlarında baş verib. Ümumi sahəsi 200 kv.m olan dəmirçi sexinin içərisində 60 kv.m sahədə boya qalıqları və qutuları yanıb. Yüksək temperaturdan bitişik sahəsi 40 kv.m olan kafenin lambir tavanı əriyib.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunublar. Sexdən 2 ədəd 40 litrlik qaz balonu çıxarılıb. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.