Xəzər rayonunda dənizdə boğulan qız xilas edilib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Şüvəlan çimərliyində baş verib. 22 yaşlı Çinarə Orucova dənizdə üzən zaman qəfil boğulmağa başlayıb. Hadisə yerinə gələn FHN-in əməkdaşları onu xilas etməyi bacarıblar.
Ç.Orucova xəstəxanaya yerləşdirilib.