Bakıda ana və övladı yol qəzasında xəsarət alıblar. Bu haqda 29 iyun tarixində Report məlumat verib.
Xəzər rayonunda iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 33 yaşlı Gülçiçək Ömərova və onun 13 yaşlı övladı Zəhra Ömərova xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.