Paytaxtın Xəzər rayonunda yerləşən istehsalat sexində yanğın baş verib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 130 kv.m olan birmərtəbəli istehsalat sexinin dam örtüyü 100 kv.m, içərisi isə 30 kv.m sahədə alışıb. FHN-in əməkdaşları tərəfindən 1 ədəd 50 litr olan qaz balonu təhlükəsiz əraziyə aparılıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.