Bakının Xəzər rayonu, Binə qəsəbəsində avtomobil iki piyadanı vurub. Qəza nəticəsində piyadaların biri dünyasını dəyişib. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Dekabrın 24-də saat 20:00 radələrində qəsəbə sakini C.Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən T.Əliyevanı və onun nəvəsi Tunarı vurub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Tunarın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi araşdırma aparır.