Xəzər rayonunda köməkçi tikilidə yanğın baş verib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 100 kv.metr olan tikilinin dam örtüyünün, tavanının yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.
Alov FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.