Bakının Xəzər rayonunda yanğın baş verib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 15 kv.m sahədə, dam örtüyündən keçən kabel 4 p.m və içərisində olan ev əşyaları yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.