Xəzər rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Rayonun Türkan qəsəbəsində avtomobil 14 yaşlı İlahə Quliyevanı vurub.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.