Paytaxtın Xəzər rayonunda avtoqəza baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
16 yaşlı Tamella Qulamova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmaya başlanılıb.