Xəzər rayonu ərazisindəki evlərdən oğurluq olunub. Bu haqda məlumatı Bakuplus.az bu gün, 11 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Xəzər RPİ 1-ci Polis Şöbəsinə daxil olan məlumatlara əsasən, rayon ərazisindəki evlərin birindən 1800 manat dəyərində velosiped və məişət əşyaları, digər evdən isə soba və təmir-tikinti alətləri oğurlanıb.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.İmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.