Xəzər rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı 38 yaşlı Ramal Fətullayev saxlanılıb. Onda 2 kiloqram heroin aşkarlanıb. O, narkotikləri sosial şəbəkələrdə tanış olduğu bir nəfərdən aldığını və müxtəlif ünvanlara aparmalı olduğunu etiraf edib.
Faktla bağlı araşdırma aparılır.