Xəzər rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 4 otaqlı yaşayış evində qeydə alınıb. Nəticədə mətbəx 18 kv.m sahədə, eləcə də 3 ədəd taxtadan ibarət pəncərə çərçivəsi və dam örtüyünün taxta atmaları 28 kv.m sahədə yanıb. Yüksək temperaturdan 1 otağın tavanı 20 kv.m sahədə qarsalanıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.