Xəzər rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə ev 70 kv.m sahədə yanıb. Tikilinin digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.