Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşlı qadını avtomobil vurub. Bu haqda bu gün, 17 fevral tarixində Report məlumat verib.
71 yaşlı Sürəyya Mehdiyeva yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, qadın xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.