Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb. Bu haqda Azərbaycan Respublikası Baş Prokurorluğu 30 yanvar tarixində məlumat yayıb.
Bildirilib ki, həmin gün Suraxanı rayon prokurorluğuna 32 yaşlı Elşən Hadızadənin Hövsan kəndindəki evində bıçaqlanması və xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Hadisə ilə bağlı aparılan əməliyyat tədbirləri nəticəsində, E.Hadızadənin həyat yoldaşı, 31 yaşlı Gülnar Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma davam etdirilir.