Paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində yol qəzası baş verib. Bu haqda bu gün, 20 aprel tarixində APA məlumat verib.
Kəsişmədə “Lada Priora” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alan olmayıb.
Fakt araşdırılır.