Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə adıçəkilən rayon ərazisində həmyerlisi T.Məmmədova bıçaqla xəsarət yetirərək onun mobil telefonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıblar. M.Hüseynovun borclu olduğu üçün axtarışda olduğu da məlum olub.
Həmin şəxslər barəsində araşdırmalar davam edir.