Paytaxtın Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Qədirli küçəsində baş verib. 34 yaşlı İskəndər Bağırov naməlum şəxslə dava edən zaman bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.