Bakı şəhəri, Yasamal rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yanğın olub. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
İkiotaqlı mənzilin mətbəxində 2 p.m. elektrik kabeli və dolab yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.