Paytaxtın Yasamal rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə beşmərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Pilləkən qəfəsində quraşdırılan 12 ədəd elektrik sayğacı alışıb. Ətrafdakı mənzillərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.