Paytaxtın Yasamal rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Göyçay rayon sakini V.Şirinov adıçəkilən rayon ərazisində yerləşən evlərin birindən 1000 AZN və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.