Paytaxtın Yasamal rayonunda yanğın baş verib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Süleyman Rəhimov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar.
Yanğın söndürülüb. Əlavə məlumat veriləcək.