Paytaxtın Yasamal rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində baş verib. Belə ki, “Khazar” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və “BMW” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Faktla bağlı araşdırma aparılır.