Paytaxtın Yasamal rayonunda doqquzmərtəbəli binada yanğın baş verib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 70 kv.m olan ikiotaqlı mənzilin mətbəxində baş verib. Nəticədə 1 ədəd qabyuyan maşın yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.