Paytaxtın Yasamal rayonunda mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yevlax rayon sakini, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş R.Abdullayev adıçəkilən rayonda yerləşən mağazaların birindən 1150 AZN dəyərində tütün məmulatları və peyk qəbuledicisi oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.