Paytaxtın Yasamal rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Nəriman Nərimanov prospektində baş verib. “Opel” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə 1 nəfər sərnişin xəsarət alıb.
Təfərrüatlar araşdırılır.
[caption id="attachment_99082" align="alignnone" width="640"]
Foto apa.az[/caption]