Paytaxtın Yasamal rayonu, Bakı Dairəvi şosesində iki avtomobil toqquşub. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman qəfil dayanıb. Bu zaman arxadan gələn “Opel” markalı avtomobil öncə birinciyə, daha sonra beton yolayrıcısına çırpılıb.
Nəticədə hər iki sürücü, eləcə də 5 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar davam edir.
[URIS id=51935]