Paytaxtın Yasamal rayonunda spirtli içki oğrusu tutulub. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş E.Nəbiyev adıçəkilən rayon ərazisində yerləşən mağazaların birindən ümumi dəyəri 1125 AZN olan spirtli içki oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalara başlanılıb.