Bakının Yasamal rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, rayon ərazisində “Toyota” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Orxan Dadaşov avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.