Yasamal rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
17 yaşlı Mədinə Cəlilova 3 oktyabr tarixində rayonun Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 4 ünvanında yerləşən evindən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda onun axtarışları davam edir.