Yasamal rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Abbas Mirzə Şərifzadə və Şeyx Məhəmməd Xiyabani küçələrinin kəsişməsində baş verib.
İlkin Quliyev “Daewoo” markalı avtomobillə Şərifzadə küçəsində hərəkətdə olan zaman “Toyota” ona çarpılıb. Birinci isə zərbənin gücündən “Hyundai”a dəyib. Nəticədə 1 nəfər sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_117585" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]