Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 38 kv.m olan 2 otaqlı mənzilin hamam otağında qeydə alınıb. Nəticədə otaq 3 kv.m sahədə yanıb, yüksək temperaturdan tavan və qapı əriyib. 1 nəfər bina sakini təxliyə olunub. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.