Bakının Yasamal rayonu, Əli bəy Hüseynzadə küçəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
51 yaşlı Rövşən Cəfərov yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub. Kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.