Yasamal rayonunda yaşayış binası yanıb. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə baş verib. Nəticədə ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı yanıb və tavan 6 kv.m sahədə qarsalanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.